Hislərinin qayğısına qal.

Üç illik orta tibbi ixtisas təhsili və beş illik hospital təcrübəsindən sonra çox maraqlı bir kəşf etdim. Səkkiz il ərzində gördüyüm bütün xəstələr direkt olaraq fiziki bir xəstəliyə məruz qalmamışdılar. Hər nə qədər onlar  “inanki yatdım oyananda xəstə idim” desə də, hamısı müalicə olunmağa gələndə illərdir sına- sına parçalanmış ürəyinin və qarışıq daha dəqiq desək səhv fikirlərinin, düşüncələrinin  qurbanı olaraq gəlirdilər. Sadəcə inanaraq gələnlər sağalırdılar. Sağalmaq istəməyənlərə isə heç bir müalicə növü kömək etmirdi. Bir müddət sonra oxuduğum, araşdırıdğım fikirlər kəşfimi təsdiqləyirdi. İnsanlar əvvəl mənəvi olaraq xəstələnirlər, sonra bu inancı beyin dalğaları ilə fiziki bədənlərində təzahür etdirirlər. Bu geniş və ortadan başladıqda olduqca qarışıq bir mövzudur. Əlimdən gəldiyincə və zəkamın yettiyincə izah etməyə çalışacağam. Kainatdakı hər şey bir titrəşimdir. Yəni bir radio dalğası kimi hamımızın, canlı cansız görüdüyümüz və görməidyimiz aləmlər də daxil xüsusi bir frekansa yəni dalğaya sahibdir. Görmədiyimiz aləmlərin də əslində görülməmə səbəbi də titrəşimlərinin insan titrəşimindən çox olmasıdır. Çünki sadəcə müəyyən bir dalğanı görmə qabiliyyətinə sahibik. Əlbəttə dalğasını uzun məşqlər, dietlərlə artıran yoqistlərdən, taoculardan danışmıram. Çünki bu mümkündür.  Bədənimizdəki hər bir orqanın da özünə məxsus bir dalğa titrəşimi var və bütün bir orqanizm vəhdət şəkilndə çalışır. Necə ki, bir əsər ifa edərkən əlinin səhvən başqa nota dəyməsi əsəri məhv edirsə yanlış fikirlər də bizim orqanlarımızdakı titrəşimləri dəyişir. Bu prosses uzun müddət davam etdikdə, fiziki olaraq görünən nəticələr ortaya çıxır. Nədir bu yanlış fikirlər. Qəzəb, nifrət ,kin , paxıllıq, bütün mənfi fikirlər. Bəzən də sevgi. Niyə sevgi desəniz?!. Çünki özüm daxil hər kəsin sevgini necə səhv yorumladığını müşahidə edirəm. Xüsusilə bizim cəmiyyətdə. Saçını süpürgə edən analar, hər şeyi bizim üçün edən atalar. Dərdimizə yanan nənələr. Bu cür sevgi əslində sevgi yox təməldə ego göstərişidir. Və təəssüf ki, adına sevgi deyirlər. Bu cür hislər zamanla titrəşimlərin hərəkətini dəyişir, və nəticədə illərlə bizi rahat buraxmayan xəstəliklər əmələ gəlir. Hər bir orqanın, ətrafın, üzvlərin xəstəlikləri əslində diqqətlə baxsaq həmin şəxs haqqında çox dəqiq məlumatlar verir.

İnfarkt- pul ya da başqa fiziki şeylər üçün qəlbindəki bütün sevinci yox etmək (belə qohumlarım var)

Xərçəng- dərindən incimə, küsmə

Göz xəstəlikləri- həyatından razı olmamaq.

Boyun, bel ağrıları- həyata qarşı yumuşaqlıq göstərməmək, qəzəb (daha dərinə getsək onurğanın hər bir bölümü əslində başqa yanlış fikirlərin təzahürüdür)

Uşaq dünyaya gətirə bilməmə- əslində uşaq istəməmək. Bu hər hansı bir qorxu ilə də əlaqədar ola bilər.

Bu siyahı olduqca uzundur.  Bəs nədir çarə. Hər şeydən əvvəl kin saxlamamaq. Bütün dinlərin, inancların da dediyi kimi bağışlamağı bacarmaq. Bu udquna- udquna bağışladm demək deyil. Həqiqətən də o, təcrübə nədirsə pis yaxşı sənə yaşadıldığı üçün təşəkkür etmək və bu fikirdən xilas olmaq. Bu gün düyada getdikcə məşurlaşan bir terapiya növü mövcuddur. Regresyon terapiya. Bu yarı trans halında insandakı səhv fikri tapmaq və onu dönüştürmək üzrə edilən bir metoddur. Regresyondan danışıb reankarnasyona barmaq basmamaq olmaz. Ancaq bu başqa bir günün mövzusu olsun. Və maraqlılar üçün qeyd edim ki, bu terapiyanı həyata keçirdən mütəxəssislərin hamısı əslində reankarnasyon fikrinə inanmırlar. Daha asan izah etməyə çalışım. Tuaq ki, sən beş yaşında heç xatırlamadığın qorxulu bir filmə baxmısan və orada qəhrəmanın ana olması onun ölümünə səbəb olur. Bu səhv fikir sən o filmi unutsan da şüuraltına artıq hopub. Səni qoruyan şüuraltın sən nə qədər ana olmaq istəsən də bir növ pıçıldayır ki, “dəli olmusan ölmək istəyirsən” və s. Və bədən şüuraltına qulaq asaraq buna uğun dalğalar göndərir və həmin insan ana ola bilmir. Min bir səbəblə. Və yaxud da anandan, qonşundan gördüyün bir təcrübə də inandığın bir düşüncə də səni xəstə edə bilər. Yəni qısaca biz əvvəl hislərimizlə sonra düşüncələrimizlə ən sonda isə fiziki bədənimizlə xəstələnirik. Odur ki, hislərimiz çox vacibdir. Bizi yaşadan da, öldürən də daha effektiv vəya həşəratdan fərqsiz edən də məhz hislərimizdir.  Özünüzlə bağlı tək və ən əsas şeyin qayğısına qalası olsanız hislərinizin qayğısına qalın. Sevin, sevilin, bağışlayın. Bunu həqiqətən bacarın. İnanın ki, çox şey dəyişəcək.

Оставьте комментарий