Qurbansanmı, yoxsa bir lütf buna sən qərar ver….

oprah

Bir qız uşağı təsəvvür edin. İrqçiliyin ən gur yaşandığı bir zamanda qara dərili və evli olmayan bir cütlüyün uşağı olaraq donuz fermasında doğulsun. İndi isə bir qadın təsəvvür edin Forbes tərəfindən seçilən dünyanın ən zəngiləri siyahısında yer alsın, milyonların ümidi və sevgilisi olan bir ikon olsun və əlini atdığı hər işdə uğur qazansın.  Qıza təəssüf hissi keçirdib, ikinci təqdimatla maraqlandınız elə deyilmi?! Uğurun və xoşbəxtliyin yolu həmişə çiçəklərlə bəzənmir. Ayağımızn altında qalan daşları ya maneə kimi görə bilərik, ya da bir pillə qalxmaq üçün səbəb. Gəlin mənim də heyranlığımın sərhəddi olmayan bu qadının həyatına nəzər salaq. Onun donuz fermasından başlayıb, dünyanın ən məhşur kanallarının, səhnələrinin spot işıqları altındakı həyatına qədər keçdiyi yola birgə baxaq.

Oprah Uinfrey  (“o.nun sözlər”i adlı bir kitabı oxuduqdan sonra Opraha bu yazımda O deyə müraciət edəcəyəm)

Oprah, 1954-cü ildə 29 yanvarda Missisipinin Kosciusko qəsəbəsində evli olmayan bir cütlüyün uşağı olaraq dünyaya gəlir. Nənəsi Anita Maenin yanında yoxsulluqla keçən ömrünün üçüncü ilində O, oxumağı öyrənir. Nənəsi ilə bərabər kilisəyə getməyə başlayan O, İncildə ayətləri əzbərə öyrəndiyindən  “ vaiz” ləqəbinə layiq görülür. 6 yaşında ikən anası qəsəbədən kənarda iş tapdığından O, nu da özüylə apararaq başqa bir əraziyə köçür. Burada başına gələ biləcək ən pis hadisələri yaşayan O, (əmisi və ailə dostu və bir başqa qohumu tərəfindən təcavüzə məruz qalır) məktəbdə sinifləri atlayaraq keçir (2 və 8 sinifləri atlamışdır). Artıq 13 yaşı olanda ərazidə ağ dərili uşaqlarala bir məktəbə gedən biləcək imtiyaza sahib yeganə qara dərili uşaq olur. Yaşadıqlarının və daim məruz qaldığı şeylərin təsiri ilə (irqçililk və istismar) hər nə qədər ümid vəd edən bir şagird olsa da hərəkətəri ilə anası bacara bilmədiyindən onu çox sərt bir adam olan atasının himayəsinə yollayır. Naşville də yaşayan atası O, nun təhsili və tərbiyəsilə sərt və ciddi məşqul olur. Və O, Tenesse Universitetnin tələbəsi olmağa haqq qazanır. Bu illərdə qatıldığı bir yarışmada birinci olur. (Misss Black Tennessee Beauty) . Özünün də bir xatirəsində qeyd etdiyi kimi nənəsiylə yaşayarkən ərazilərinin kənarına çəkilmiş tellərin üzərinə qonan qarğalarla müsahibə aparırmış. Medya həyatına ilk addımı isə universitetdə oxuduğu illərdə yerli bir radio proqramında aparıcı kimi işə başlaması ilə olur. Bu illərdə o ərazidəki yegənə qara dərili xəbər aparıcısıydı. 1976- cı ildə WJZ TV- də xəbər proqramında köməkçi aparıcılıq etmək üçün Baltimora köçür.  1983- cü ildə isə Şikaqoya dəmir atır. Yerləşdiyi Şikakoda çox da o izlənməyən bir talk şouda yarım saatlıq bir bir proqram üçün hə deyir. O, işə bşladıqdan sonra şou siyahının ən altın cərgəsindən zirvəyə oturuaraq Şikaqonun ən çox  izlənən talk şou proqramına çevrilir. Bundan sonra şounun adı dəyişdirilərək  1986-cı ildən ölkə miqyasında The Oprah Winfrey show olaraq yayımlanır. Həmin illərdə rəqiblərinin çoxu kişi olan bu tolk şou dünyasında əlbəttə ki, O çox çətinlik çəkir ancaq o ağ dərili kişilərin hegomon olduğu bir yerdə mikrofonu əlindən qoymaq fikrinə yaxınlaşmır belə. Səmimi münasibəti, insan probremlərinə başqa cür yaxınlaşma tərzi onu qısa zamanda kütlə tərəfindən sevilən birinə çevirir. Time jurnalının apardığı bir anket sorğusuna əsasən  qeyd edilir id ki, “Heç bir qadın şou aparıcısı bu qədər qısa zamanda belə uğur qazana bilməzdi”. Proqramına qatılan qonaqlarla o qədər fərqli bir münasibət göstərirdi ki, insanlar az qala bütün dərtlərini Oprah şou.ya  saxlayırdılar. O da tamaşaçılarına kömək etmək məqsədilə və daha effektiv olmaq adına proqramına (bu gün artıq bu tərz dünyada format halını alıb ) mövzunun mütəxəssislərini dəvət edir  tibb, sağlam həyat tərzi, parapsixoloji mövzulardan tut ağlızına gələ biləcək hər cür insanları dəvət edir və məsləhət alırdı. 2011- ci ildə möhtəşəm bir vidalaşma mərasimiylə tamaşaçılarına sağ ol deyən Oprah 25 illik şousunu bağlı elan edir. Amerikada və bütün dünyada izləyiciləri böyük bir gözyaşları ilə məktublar, sosial media üzərindən öz hisslərini paylaşırlar. Bir anda həftələrə danışılan bir mövzuya çevrilir O. nun proqramını bağlaması. Təkcə ABD- də bir dəfəyə 42 miloyon nəfər tərəfindən izlənilən proqram 145 ölkədə də göstərilmişdir. İlk qara dərili ABD prezidenti namizədliyində dəstəyini verərək Obamanın yanında olmuşdur O. Nəinki bütün zamanların ən çox izlənən talk şonun eyni zamanda 5 kitabın da yazıçısıdır. Bütün 62 illik həyatını uğurlar, nailiyyətlərlə oldudurmuşdur Oprah. Emi nominasiyasının  dəflərələ qalibi olmuş, Oskara namizəd göstərilmiş (  Stiven Spilbergin çəkdiyi Color of Purple filmi ilə) dəfələrlə Forbes siyahısında yer almış Michael Jacksonun ölümdən sonra dünyanın ən zəngin qara dərili insanı olan və dəfələrələ time juranılın qapağını bəzəyən bu qadın yüzlərlə başqa insanlara da işıq olmağa hələ də davam edir. Proqramına çağırdığı tanınmamış yazıçılar onunla tanışdıqdan sonra bestseller olurdu. Çünki  proqramına sonradan əlavə etdiyi “Oprah book club” da adı eşidilməmiş  yazarları təqdim ediridi. 2000- ci ildən fəaliyyət göstərən the Oprah Magazine jurnalı da var. Bu gün çoxunuzun adını amerikan filmlərində eşitdiyiniz uşaq istismar edən canilərin siyahısının şəbəkə üzrə qeyd olunması məhz Oprahın fikridir. 1994 cü ildə O,tərəfindən Klinton prezident ikən təklif edilmişdir. Bunun üzrəinə  belə bir qanun çıxarılır və Klinton qanunu Oprahın şərəfinə adlandırır. Bunları oxuduqca əslində çox asan şəkildə nəaliyyət nərdivanlarını  çxıdığını düşünürsunuz. Halbuki bunlar yaşanırkən həyatında dəfələrlə düşdü, hətta yerlərdə süründü Oprah. Ancaq daynamadı davam etdi. Onun həyatının başlanğıcında qopmaz bir hissəsi olan yoxsulluq doğulduğu gündən uzun müddət yaxasını buraxmadı. HİV dən ölən ögey qardaşı sayəsində əzablarına biri  də qoşuldu. Təcavüzdən doğulan və doğumundan qısa sonra ölən körpəsi,  gənc yaşında narkotik və evli bir adamla münasibəti az qala bütün ömrü boyu əlləşdiyi artıq çəkiləri, əlbəttə ki, dərisinin rəngi. Bütün bu çətinliklərlə paralel qazandı uğurlarını. Yazının da əvvəlində qeyd etdiyim kimi, ayağına dolanan daşları qalxmaq üçün istifadə etdi və bu gün Barak Obamanın da dediyi kimi düyanın ən təsirli qadını kimi tanınır. Elə bilirsiniz ki, bütün bu qədər uğurdan sonra həyat ancaq gül – çiçək təqdim edir ona. Yox. İnanaraq yaratdığı Afrikadakı məktəblərdə seks skandalları yarananada, iti öldüyü üçün depressiyaya düşüb çətinliklə atdığı kilolarını geri alanda və proqramına dəvət edərək bestseller olmasına səbəb olmuş bir yazarın kitabını özü yazmadığı aydınlaşanda oturub qalmadı Oprah yenə davam etdi. Proqramında da tamaşaçılarına dəfələrlə dediyi kimi verdiyi və verilməsinə inandığı ikinci, üçüncü şansı özünə verdi Oprah. Bu gün yenə davam edir 62 yaşlı kraliçə ümid olmağa və yaratmağa. Mənim üçün bambaşqa yerdə durur, haqqında oxuduqlarımla, öyrəndiklərimlə. Mütləq şəxsən tanış olmalıyam siyahımdakı birinici yeri zəbt edir.  Oprahs Master Class deyə adlandırdığı youtube kanalında məhşurların ilham verən həyat hekəyələrini təqdim edir Oprah. Hələ də ən sevdiklərimdəndir. Onun bir neçə ilham verən sözlərini sizlərlə paylaşmazdan əvvəl sizlərə sağollaşıram və ümid edirəm ki, çətin anlarınızda belə güclü ruhların yaşamları sizi ruhlandırsın. Həyatda heç nə təsadüf deyil, çətin yaşamlar da həmçinin. Sadəcə davam edin, ən yaxşısını edin və ən yaxşısının olacağına ümidinizi itirməyin.

Mən bir qadının, əgər əldə etmək üçün lazımi qədər çox çalışarsa istədiyi hər şeyə həqiqətən sahib ola biləcəyinə inanıram.

Tanrı, sizin qura bildiyinizdən çox daha böyük xəyalları sizin üçün qurar.

Ehtiyacınız olan yeganə cəsarət, ürəyinizdəki arzunu yaşamağımız üçün lazım olan cəsarətdir.

Çox çalışın, çox, çox, çox çalışın. Və edə biləcəyiniz hər şeyi etdikdə dayanın, gözləyin,  təslim olun.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s