UZAQ ŞƏRQƏ SALAM

Bir yazımda Pərsəpolis animasiyasından bəhs edib, uzaq şərq animatorlarına hörmət salamı vermişdim. Uşaqlığımdan ən yaxın dostlarım və qohumlarımdan mənimlə kino sevgisini paylaşan bir çox insan əsl animasiya vurğunu olublar. Böyüyüb hər kəs fərqli sahələrdə getsə də ildə bir dəfəki görüşlərimizdə mənə həmişə yeni çıxan bir animasiyadan bəhs etmələrinə baxmayaraq heç vaxt xüsusi bir marağım olmayıb. Taki, Pərsəpolis vasitəsilə animasiya haqqında fikrim dəyişənə qədər. Animasiyanın uşaqlar üçün olduğunu düşünür, böyük insanların necə oturub onu maraqla izləməsini anlamırdım. Üstəlik dünyada bu sahədə onlarla mükafatlar olmasına, bu qədər ciddi bi sahə kimi qəbul edilməsinə baxmayaraq. Animasiyaya baxmağa ilk başladığım vaxtlarda əlbəttə ki, klişə olsa da ən yaxşı animasiya, ölmədən izlənməsi mütəq olan animasiya, top 15 deyə fərqli başlıqarda googlda axtarış etmişdim. Əlimə keçən siyahılarda düz deyilənlər də oldu, səhv fikirlər də. Bunu nəzərə alaraq yeni başlayanlar üçün mən də öz top 5 imi yaratmağa qərar verdim. Əslində siyahı olduqca uzundur. Ancaq dediyim kimi yeni başlayanlar üçün nəzərdə tutlmuş bir siyahıdır. Yəni bir vaxtlar mənim kimi fikirləşənlər üçün. Animasiya uşaqlar görədir deyənlər üçün. Buyurun birlikdə nəzər salaq.

tokio godfathers

5. Tokio Godfathers….
Ailəcə baxılabiləcək insanın içini istilədən bir havası var bu filmin. Bir çoxları Amerikanvari desə də o, möhtəşəm Tokio mənzərələri ilə insanı aparıb lap Yaponiyanın ortasına qoyur və sən qəhrəmanlarla bir o yana, bir bu yana bir yeni il axşamı macərasının içində tapırsan özünü. Filmin qısa məzmununu qeyd etməli olsaq üç evsiz ya da bizim dildə məhşur olan «bomj» yeni il axşamı    kimsəsiz, yeni doğulan bir körpə tapırlar. Aralarında tez və qısa çəkən mübahisədən sonra uşağın ailəsini tapmağa və yeni il axşamı körpəni ailəsinə qaytarmağa qərar verirlər. Həyəcan da bundan sonra üz tutub yuxarı doğru gedir. Başlarına gələ biləcək ən qəribə hadisələr gəlir. Film irəlilədikcə flash backlarla bu üç qəhrəmanın necə bu hala düşməsi, evsiz olması da nəql edilir. Qəhrəmanları tanıdıqca onların bu uşaq üçün etdikləri daha dərin bir məna ifadə etməyə başlayır və zaman-zaman göz yaşlarınıza hakim ola bilmirsiniz. Satoşi Kon (dünyasını vaxtsız dəyişmiş mükəmməl bir ruh olduğu qənaətindəyəm) imzası daşıyan bu film aldığı müsbət şərhlərin hamısına layiqdir. Qan bağı olmadan da ailə olmaqdan, dostluqdan, sevməkdən , nifrət etməkdən, itirməkdən və bütün bunları bir yeni il gecəsində bizə danışan bu film izlənməyə dəyər . Animasiya izləməyənlərdənsinizsə bu mütəq ilk izləməniz gərəkən filmdir.

garden_of_words_

4. Garden of the Words……
Qısa bir hekayə ən gözəl necə danışılarsa bu film bir məhəbbət hekayəsini elə danışır bizə. Yenə bol şəhər və təbiət mənzərələri çıxır qarşımıza, bir çox yapon animasiyasında olduğu kimi. Nə qədər yavaş irəliləsədə hadisə bir saniyə belə nəzərdən qaçırda bilmirsən filmin səhnələrini. Bir orta məktəb şagirdi yağışlı bir gündə yağışın kəsməsini gözləyərkən parkda oturur. Oturduğu banka sirli bir qadın gəlib onunla oturmağa davam edir. Aralarında səssizliklə başlayan münasibətləri vaxt keçdikcə ikisinin də içindən çıxa bilmədiyi bir vəziyyətə dönüşür. Sadəcə yağışlı günlərdə baş tutan qarşılaşmalar havaların qızması ilə hansı yönə doğru dəyişəcək deyə içini gəmirdir izləyənin. Olduqca yumuşaq bir nəql şəkli var filmin musiqiləri ilə, yağışın, quşların səsi ilə. Sevginin bambaşqa şəklini göstərir. Toxunmadan da, bilmədən də sevə bilməyin mümükünlüyünü. Əgər romantiksinizsə bu tam sizin tərzinizdir. Əgər yox mən romantik deyiləm deyib bu filmlə bir damla da olsa göz yaşı axtıdızsa təbriklər sizdə gizli romantiklik var.

mary and max

3. Max və Mary……..
Əslində sadəcə uzaq şərq animasiyasından ibarət bir siyahı olmalıydı ancaq bu film siyahıda olmzasa olmazlardan. “Max və Mary “ təsadüfən tanış olmuş hər cəhətdən fərqli iki ruhun bir-birinin həyatlarına toxunmağından və bunun onların həyatını necə dəyişməsindən bəhs edir. Vyetnam veteranı olan Max və balaca bir qız Mary. Bir telefon nömrəsi siyahısı ilə başlayan hekayə. Max və Mary bir-birləriylə məktublaşırlar. Bir veteran öz başından keçən və hal-hazırda içində olduğu hadisələrdən bəhs etdikcə bu balaca qızcığaz məkutbları öz uşaq ağlıyla şərh edir. Animasiyanın olduqca maraqlı bir anlatım şəkli var. Trajik bir hadisəyə gülüb, komik bir hadisəyə kədərlənə bilirsən. Bu da rejissorun ustalığını göstərir. Zamanında bir neçə nominasiyası olan bu film mütləq sizin də ən yaxşı animasiya siyahınızda yer almalıdır deyə fikirləşirəm. »

millenium actress

2. Millenium actress……..
Satoşi Kon imzalı möhtəşəm bir animasiya daha. Yerli qəzetlərdən birində çalışan bir müxbir öz kameramanı ilə unudulmağa üz tutmuş yaşlı bir aktrisa barədə yazmaq üçün onun malikanəsinə qonaq olur. Hər şey normal görünür, ta ki, yaşlı aktrisa danışdıqları ilə gələn qonaqları zamanda bir səyahətə çıxarana qədər. Filmdəkilərlə birgə gah keçmişə, gah bu günə gedib- gəlirik. Bir-birinə bağlanmış hekayələrlə filmdə bir an olsun temp düşmür. Aktrisa oynadığı hər rolu ilə əslində öz axtarışını edir. Film içində film izləyirik. Aktrisanın danışdığının nə qədərinin çəkildiyi filmdən, nə qədərinin isə doğurdanda həyatda yaşadığını anlamaq üçün bir az düşünürsən, ancaq filmin o qədər gözəl bir axıcıllığı var ki, bir müddət sonra sehrli axışa təslim olub izləyirsən. Film tam bioqrafiya deyil ancaq oxuduğum bir məlumata görə Satoşi Kon hansısa aktrisalardan təsirlənərək bu rolu yaradıb. Film boyu bütün bu hekayə içində hekayənin harda bitəcəyini və ən əsası nə ilə bitəcəyini maraqla gözləyirsən. İzlədikdən sonra uzun müddət məhəbbət anlayışımı düşündürən bir film idi mənim üçün. Ümid edirəm sizdə də eyni təsiri yaradar.

grave of firefiles

1.Grave of the Firefiles
Sizə əvvəlcə sadəcə iki şey deyəcəm «Ghibli Studioları» və «İsao Takahata». Mövzuya hakim olanlar nə demək istədiyimi anladı. İndi tutmayanlara danışaq. Bu iki sehrli söz Animasiya dünyasında İlah mənasındadır. Ghibli studialarından başqa bir yazımda bəhs edəcəm. İsao Takahatatadan da əlbəttə ki. İndi mövzunu çox dağıtmadan filmə keçək. Müharibəni sümüklərinin iliyinə qədər hiss edən iki yetim bacı qardaşın hekayəsidir bu. Aclığı, səfaləti, müharibənin bir başqa üzünü daha gözəl işləyə bilən bir film görmədim desəm yeridir. Film boyu nəfəsin kəsilərək bir ümidlə izləyirsən. Bəlkə bu səfər düşüncəsiylə. Ancaq uşaqlar nə qədər ümidlidirsə, müharibə o qədər qəddardır. Film həm birbaşa, həm də dolayı yoldan insan həyatını necə qaraltdığını göstərdiyi üçün bütün zamanların ən yaxşı müharibəyə qarşı çəkilmiş filmi elan edimişdir. Hətta bir kino tənqidçisi bu animasiyan üçün Spilbergin “Şindlerin Siyahısı filmi ilə müaqyisə ediləcək dərəcədə” demişdir. Seita və Setsukonun gözlərindən, dilindən bir daha müharibənin dəhşətini görürük və eşidirik. Hönkürə-hönkürə ağlamağa hazırsınızsa izləyin.

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s