SENSE8

Sense8

Bildiyiniz kimi son zamanlarda dünyada çox izlənən və haqqında ən çox danışılan serialların arxasında Netflix kimi bir platforma dayanır. Ən son izlədiyim Marco Polodan sonra Netflixin yenə bir layihəyə hə dediyini eşidəndə görəsən Marco Polodan sonra nə çəkəcək deyə fikirləşmişdim. Ancaq görünür, Netflix bizi sürprizləriylə həyəcanlandırmağa davam edəcək. Gələk əsas məsələyə. Sense 8.in mədhini çox eşitdim. Ancaq gündəlik qayğılardan heç cürə bu seriala başlamaq fürsəti tapa bilmədim. Düzü bir az da yeni bir həyəcan yaradacağına inanmırdım. Və nəhayət izlədiyimidə ikinci seriyaya keçməmək üçün özümü güclə saxladım. Çünki seriyanın dadını çıxartmaq istəyirdim. Serial deyimi yerində isə məni mübtəla etmişdi. İşdə haqqında danışmadığım iş yoldaşım qalmadı. Üstəlik hər Allahın günü baxdınızmı deyə camaatı bezdirmişdim. Hər gün işdən qayıtdıqda yeməkdən əvvəl bir Sense 8 seriyası izləyirdim. Bəli, bəli serial, haqqında kitablar yazılacaq cinsdəndir. Hər şeydən əvvəl rejissor qoltuğunda “Matrix” üçləməsinin yaradıcıları var. Wachowskilər…. Andy və Lana bacı qardaşları. Bildiyiniz üzrə onlar adətən bir neçə ildə bir səhnəyə çıxır. Çıxdıqları zaman da performansları möhtəşəm olur. Bu serialda demək olar ki, günümüzdəki Allahın hər bəlası var. AİDS xəstəliyi, LGBT (lesbian, gay, bisexsual, transgender) mübarizəsindən tut mafia dünyasına qədər. Və əlbəttə bütün bunların yanında sadə insanların yaşamlarındakı mübarizəsi. Serial eyni gündə doğulmuş dünyanın fərqli nöqtəsində yaşayan səkkiz insanın həyatına fokuslanır. İlk seriyada kiçik bir əlaqəsiz səhnədən sonra bu insanların bir-bir həyatları göstərilir. Bu insanları tanıdıqca problemlərini, mübarizələrini müşahidə edirsən və özlərini tapmaq axtarışında onlara qoşulursan. Bir yandan da bu insanların bir- biriylə əlaqəsinin nəyə bağlanacağını həyəcanla gözləyirsən. Hər hekayədə olduğu kimi burada da qəhrəmanlarımıza kömək edən Lostun ulduzu Jonas Maliki və Mr Whistperer adlandırdıqları düşmən bir obraz var. Filmdə modern insanın bütün dərtləri çox gözəl işlənir. Biri Afrikada bir qarın çörəyin dərdində, biri isə dünyanın ən lüks recidanslarında cəmiyyətin ona yapışdırdığı maskanın. Uzun zamandır bir serialda bu qədər mövzunun işləndiyi bir layihə xatırlamıram. Karma, paralel dünyalar, əkiz ruhlar və ruh eşləri kimi bir çox mövzular da var. Serialı bəlkə də ən maraqlı edən hissəsi xarakterlərin bu qədər rəngarəng olmasıdır
Lito Rodriguez- Meksikalı bir tv ulduzu,
Nomi Marks- Amerikalı aktivist, blogger, hacker
Wolfgang- Alman. Məhşur bir oğru
Riley- İngiltərədə yaşayan İslandiya əsilli DJ
Kala Dandekar- Hindistanlı bir həkim
Capheus-(fikrimcə obrazların ən pessimisti) Afrikalı bir avtobus sürücüsü
Sun Bak- Cənubi Koreyalı bir iş qadını. bir səhnədə stolu parçaladığı yer var ki, dodaq dişlədir.
Will Gorski- Amerikalı bir polis. (olduqca yaraşıqlıdır)
Bütün bu qədər obrazları, sağ olsun senaristlər mükəmməl bir qurğu ilə bir- biriylə əlaqələndirib. Mükəmməl bir iş görüblər. Qeyd edim ki, bolca döyüş, seks və narkotik istifadə edilən səhnələr var. Mentaliteti nəzərə alıb nənənizlə izləməyin. Daim fərqli şəhərlərdə baş verən hadisələr San –Fransisko, Mumbai, Seul və.s eyniz zamanda böyük şəhərlərin mənzərələri və bambaşqa ölkələrin insan hekayələri sanki hər dəfə fərqli bir filma baxırsan hissi yaradır.Serial 5 aprel 2015 də ilk bölümüylə vizyona girmişdi. Birinci mövsüm bitdikdən sonra 8 avqust 2015- də ikinci mövsüm üçün razılaşma imzalandığı təsdiqləndi. O gündən bəri ikinici mövsümün vizyon tarixin gözləyirik. Deyilənlərə görə çıxış tarixi 2017- də ola bilər. Nəticə etibarı ilə nə qədər ikinci mövsüm başlamayıb, mütləq izləyin, mübtəlası olacağınıza əmin ola bilərsiniz.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s