İnto The Wild ya da bir zərduştun hekayəsi

into the wildİnsanın həyatında elə kitablar, filmlər ya da hər hansı bir şey olur ki, onu öz cinslərindən ayırıb bambaşqa bir yerə qoyursan ruhunda, düşüncələrində. İnto The Wild mənim üçün o qəbildən olan filmlərdəndir. Əminəm filmlərə bir azca da marağı olan hər kəs bu filmin ya adını eşidib, ya treylerini görüb, ya da  filmin hekayəsini daha dəqiq desək Kristoferin həyatı barədə eşitmişdir. Film hər kəsin həyatının hansısa bir mərhələsində mütləq düşündüyü bir fikrə fokuslanır. Bir gün bildiyin, gördüyün hər şeyi atıb getmək. Bir çoxumuz bunu dəfələrlə düşünmüşük. Bəzilərimiz həyata keçirmişik də. Bu şərtlərdən və imkanlardan asılı olaraq baş verib əlbəttə. Kimisi uzaq şərqə. Kimisi sadəcə qonşu ölkədə bir tətilə. Və bəzən də mənim kimi çantasını yığıb rayondakı nənəsigilə. Filmlərdə ən sevdiyim (yəqin bir çoxlarınınz razılaşdığı kimi, bir çoxlarınınz da eyni fikirdə deyilsiniz) hadisənin real faktlardan çəkilmiş olmasıdır. Zənnimcə bu filmi daha inandırıcı edir istər qısa bir animasiya olsun,  istərsə də sənədli bir film. Əlbəttə fantaziyası ilə bütün ruhumuzu doyduran rejissorlar və ssenaristəlri bu ifadədən kənar tuturam. Yenə də filmin əvvəlində bu film filan hadisəyə əsaslanmışdır deyə bir ifadə görəndə  mənim üçün türklər demiş işin rəngi  dəyişir. Nəyisə gəlin film barədə qısa bir məlumata nəzər salaq. Əvvəlcə onu deyim ki, filmin rejissoru Sean Pendir. Bəli düz oxudunuz Sean Pean. O məhşur aktyor. Görünən odur ki, Sean Kristofer Makkəndles-in həyatından yazılan Con Krauker imzalı kitabdan çox təsirlənib və özüncə ölümsüzləşdirmək istəyib. Film eyni zamanda iki kateoriyada oskara namizəd də göstərilib. Film ilk çıxan ərəflərdə oxuduğum bir məlumata görə Sean kristoferin ailəsindən icazə almaq üçün on il əlləşib. Yaxşıda ki, bu istəyindən əl çəkməyib çünki ortaya mükəmməl bir film, həyəcan verici bir macəra hekəyəsi və ruhumuza toxunan bir şahəsər çıxıb. Filmdə qəhrəmanımız Universitetdən məzun olduğu gün ailsəi ilə bu əlamətdar günü qeyd edərkən ailəsilə istədiyi həyatın bu olmaması barədə kiçik bir söhbət edir. Bundan sonra isə ailəsinə, yaxın dostlarına hətta çox sevdiyini filmdə dəfələrələ qeyd etdiyi bacısna belə xəbər vermədən, yığdğı bütün pulunu (24000 dolları)  da bir xeyriyyə qurumuna bağışlayaraq  vəhşi təbiətin qoynuna yola çıxır.  Məqsədi Alyaskaya getmək olan gəncimiz otostopla uzun bir səyahət yaşayır. Yol boyu bir çox insanla tanış olur, qəribə həyatları olan sadə insanları tanıyır. Bu macəra iki il çəkir. Hətta yolda ikən səhvən bir yük qatarına minərək Meksikaya da giriş edir. Və nəhayət Alyaskaya çatdığında 4 ay sonra səhv oxuduğu bir məlumatla zəhərli bir bitki yeyərək ölür. Filmdə əsas olaraq Kristoferin bu səyahət vaxtı başına gələnləri onun özünü, insanlığı sorğulaması, yaşadıqları elə möhtəşəm bir dillə danışır ki, filmin sehrinə qapılmamaq mümkün deyil. Film əslində zidd fikirləri də paralel şəkildə işləyir. İnsanı həm təbiəti arxada qoya bilməyəcək qədər ona bağlı, ondan  bir parça kimi təsvir edir, həm də insanı sosial bir varlıq kimi də qiymətləndirir. Kristoferin də ifadə etdiyi kimi   «Xoşbəxtlik paylaşıldığı zaman həqiqət olur» .  Filmin sonlarına doğru bir çox yazıçı, düşünür və filosoflardan Jack London, Throudan sitatlar gətirilir və möhtəşəm fon musiqiləri ilə təbiət mənzərələri göz oxşayır. Xüsusilə Alyaska səhnələri çox gözəl idi. Emili Hirstchin performansına söz ola bilməzdi. Həm fiziki həm ifadə şəklində rolun öhdəsindən gəldiyini düşünürəm.  Film modern yaşamı sorğulayan bir öz axtarış filmidir. Hər kəsin, hər yaşdan insanın filmdən bir şeylər tapacağına  və filmlə bərabər həyatındakı bir şeyləri sorğulayacağına əminəm.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s