Vivian

XƏFİYYƏ, ZƏMANƏSİNƏ İŞIQ TUTMUŞ DAYƏ, SİRLƏRLƏ DOLU BİR QADIN  VİVİYAN MAYER (Vivian Maier)

3 il əvvəl bütün dünya bir anda bu qadını tanıdı. Hadisə isə tam olaraq belə başladı. Con Maluf (John Maloof) adlı ikinci əl əşyaların alış satışı ilə həvəskar olaraq maraqlanan bir gənc Şikaqoda (Chicago) həyata keçirilən bir xərracda içində yüzlərlə şəkil lentləri olan bir qutuya 400 dollar ödəməyə qərar verir. Məqsədi  isə Portage Park haqqında hazırlayacağı bir kitabda özünə lazım görüntüləri tapa bilmə ümidi idi. Həftələrlə rəfində saxladığı bu lentlərə baxanda qeyri adi bir şeylə rastlaşdığını hiss etdi.  Və tərəddüd etmədən xərracda satılan digər lentləri də tapıb bir yerə yığıdı və bir az araştırmadan sonra Vivian Mayer adında bir qadın tərəfindən kirayələnmiş  və vaxtı bitdiyi üçün satışa çıxarılan onlarla şəxsi əşyadan söz getdiyini öyrəndi. Vivian Maier axtarışı isə aşılmaz bir divara rast gəlmişcəsinə cavabsız qaldı. Nə vaxt ki, macərapərəst gəncimiz bu lentlərin bir qismini küçə sənətçiləri adlı bir bloqa və flickerə yükləyib, bir qismini də çap edə bilmək üçün “e bayda” satışa çıxardı bütün dünya da bu sirli qadın haqqında öyrənmiş oldu. Qısa zaman da şəkillər inanılmaz bir maraq və yeni söhbət səbəbinə çevrildi. Vivian Mayer 1950-ci ildən 1990-cı illərə qədər dayəlik etmiş, həvəskar olaraq fotolar çəkmiş ( bu şəkillərə nəqədər həvəskar işi demək olarsa) bir qadın oub. Haqqında nə qədər az şey bilindiyi isə onlarla araştırmadan sonra bəlli olur. Haqqında bir araştımra filmi də çəkilmiş, onlarla sərgiləri təşkil olunmuş zamanının artıq ən anlaşılmaz sənətkarlarından biri olaraq danışılan bu sirlərlə dolu qadın kimdir? Vivian Maieri araştırarkən Fransız bir ananın və Avstraliya əsili bir ataın uşağı olduğu ortaya çıxmışdır. Haqqında araştırma aparan Pamela Bannos çəkdiyi şəkillərdəki küçələrə əsasən hansı ərazidə daha çox olduğunu tapıb hətta bir müddət harada yaşadığını da tapmışdır. Lakin hər nə qədər yanında işlədiyi ailələr və baxmaqla məşğul olduğu artıq olduqca yaşlı olan uşaqlar belə onun haqqında olduqca az şey bilirlər. Hər nə qədər onu xatırlayanlar böyük gövdəsi və rus əsgərlərini xatırladan bir yerişdən bəhs etsələr də çəktiyi fotolar onun haqqında bəlkə də hər sənətsevərə onu istədiyi kimi düşünməyə, təsvir etməyə sövq edir. Çünki insanların xoşbəxtlik anlayışı kimi sənət anlayışı da olduqca fərqlidir. Onun üçün bir araşdırmacının yazdığı  o möhtəşəm cümlə hələ də yadımdadır. Sanki ilahi bir əmrlə insan ruhunun müxtəlif hallarını xəbər  vermək üçün vəzifələndirilmişdir, tanrının yerdəki cəsusu kimi.  Vivian Mayerin fotolarında amerikanın arxa küçələrində qaynayan həyatı görmək olur. Sanki bir zamana işıq tutaraq hər kəsi yüzlərlə həyata baxmağa çağırırmış kimi. O nəinki arxa küçələrdəki daim coşqun , dəli həyatları, eyni zamanda burjuva insanlarının da günlük qayğılarını və bəzən də möhtəşəm həyat şəkillərini göstərir. Çəkdiyi fotolarda da mən o sirli qadınam deyərcəsinə özünü ya kölgələrdə ya da bir başqa şəklin fonunda gizlədir. Əslində isə günümüzdə “selfie” adlandırdığımız yüzlərlə öz fotosu mövcuddur. Yenə də Viviyanın qalın sir pərdəsini aralamağa köək etmir bi fotolar. Küçələrdəki  insanların həyatlarından bir anı qopardıb tarixin səhifələrinə həkk edir , xanım müəmma. Fotoqraflıq barədə təhsil alıb almadığı bilinməyəm Viviyanın işlərini Lisette Model Diane Arbus və Gary Vinograd kimi sənətkarlarla qarşılaşdırır araştırmacılar və onlardan ilham aldığını, təsirlədiyini önə sürürlər. Hətta istifadə etdiyi Rolleiflex model fotoaparatının da zamanının məhşur Fransız fotoqraflarının da seçimi olduğunu qeyd edirlər. Yaşadığı yerlərdə bir müddət cəsus olduğuna inanılan sirli dayə bir müddət hətta dünya səyahətinə çıxmış Misir Tayland, Yəmən, Hindistan Çin və s. ölkələri gəzmiş , yenə də bu ölkələrin insan xarakterlərini öz rolleiflex.ylə  tarixə həkk etmişdir. Viviyanı araştıran Con Malof qeyd edir ki, Viviyan sadəcə adi insanları deyil eyni zamanda zamanının məhşurlarını Audrey Hopborn və hətta Amerika prezidentlərini də Nixon və  Kennedy kimi şəxsləri də öz fotolarının və araştırmalarının qəhrəmanları etmişdir. Mayerin 150.000 dən çox fotodan sadəcə çox az qısmı çap edilib. “ Finding Vivian Maier” və “Who took Nannys Picture”  adlı sənədli filmlər də çəkilmişdir. Hər nə qədər çəkdiyi fotolarıyla bizə bir zamanın dünyasından böyük bir mənzərə yarada bilsə də həyatı haqqındakı əksik məlumatlarla bu sirli qadını düşüncələrimzdə hara qoyacağımızı bilmirik. Bütün bu müəmmalarla dolu bir Viviyan Mayerə baxmayaraq onun möhtəşəm fotolarına və verdiyi, hiss etdirdiyi yaşanmışılıq hissiniə təslim olmamaq mümkün deyil.  2009 — cu ildə ölümünün ardından sadəcə illər sonra dünyanın kəşf etdiyi bu qadın niyə çəkdiyi fotoları çap etdirməyib ya da niyə bu qədər gizli qalmağı seçib hələ də blinmir. Ancaq səbəb nə olursa olsun onun yaşadğı o qəribə onu tanıyanların da dediyi dillə desək qaranlıq tərəf bizə möhtəşəm sənət əsərləri hədiyyə edib. Bizə düşən isə bu əsərlərdən zövq almaq və belə ruhlar üçün yaradana təşəkkür etməkdir. Maraqlananlar daha ətraflı məlumat üçün Sevilay Çelenk.in ingiliscədən tərcümələrini oxuya bilər. Haqqındakı sənədli filmləri isə https://youtu.be/ayq_0G3JTWU

 

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s